Axtar

Artıq taqətdən düşmüşəm. Ölkədə şəffaf işləmək olduqca çətindir

Ürək ağrısı ilə bildirirəm ki, hər il yüz milyonlarla manat vəsait bir sıra korrupsioner və oğru məmurlar tərəfindən mənimsənilir. Baş Prokurora, Daxili İşlər Nazirinə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə, İqtisadiyyat Nazirinə, Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarənin rəisinə və digər qurumlarının rəhbərlərinə dəfələrlə müraciət etmişəm, iqtisadi cinayətkarlıq halları ilə bağlı konkret halları təqdim etmişəm, lakin bu günə qədər heç bir əməli tədbir görülməyib.

Artıq bu gün bəyan edirəm: Yoruldum artıq. Qoy dövlətimin büdəcini yeyib dağıtsınlar. Deməli, bizim xalqımıza elə belə də lazımdır. Heç kimin xətrinə dəyməsin, deyəsən, məndən başqa bütün iş adamlarına elə belə də ekosistem lazımdır, çünki iş adamlarından da səsimə səs verən yoxdur.

Çoxsaylı dövlət qurumlarının Tender Komissiyalarının çirkab oyunları bir sahibkar kimi məni çox narahat edir və artıq taqətdən düşmüşəm. Ölkədə şəffaf işləmək olduqca çətindir. Ümid edirəm ki, dövlət başçımız bu məsələlərə şəxsən müdaxilə edəcək...

 

İsmayıl Ələkbərov
"Neuron Texnologies" şirkətinin direktoru

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla