MALİYYƏ

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini salmasını əsaslandırıb: İnflyasiya!

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,5%-ə endirib.

Rusiya mətbuatı yazır ki, buna səbəb ölkədə inflyasiya tempinin zəifləməsi və qiymətlərdə dəyişikliklərin qeydə alınmaması olub. Rusiya Mərkəzi Bankı bildirib ki, ölkədə iqtisadi inkişaf templəri onların verdikləri proqnozdan aşağı olub.  

İllik inflyasiya 4,7–5,2% dən  4,2–4,7% faizə salınıb. Rusiya Mərkəzi Bankı ÜDM üzrə 2019-cu ilin proqnozunu da yeniləyib və 1,2–1,7%-dən 1,0–1,5% faizə salıb.

Xatırladaq ki, bu, qonşu ölkədə ötən ilin mart ayından bəri ilk faiz azalmasıdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)