Neft yenidən ucuzlaşmağa başlayıb - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti azalıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,80 dollar və ya 1,50% azalaraq 52,47 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,87 dollar və ya 1,40% azalaraq 61,42 dollar təşkil edib.