Əsas məzmuna keç
Bakı +18°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Sabis Sun Beynəlxalq Məktəbinin rəhbəri dəyişib

Sabis Sun Beynəlxalq Məktəbinin rəhbəri dəyişib

“Azərsun Holdinq”ə yaxın olan “Sabis Sun Beynəlxalq Məktəbi” MMC-nin direktoru dəyişdirilib.

Məlumata görə, Qalib Rəhimov Zakir oğlu vəzifəsindən ayrılıb.

Şirkətə rəhbərlik Rafiq Şahverdiyev Vəli oğluna həvalə edilib.

Qalib Rəhimov 2021-ci ildən adıçəkilən təhsil müəssisəsinə rəhbər təyin edilmişdi. O “Azersun Holdinq”ə yaxın olan iki qurumun maliyyəsinə nəzarət edən strukturda çalışıb. Belə ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin Audit Komitəsinin üzvü və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Təftiş Komissiyasının sədridir.

Rafiq Şahverdiyev isə uzun müddətdir “Azersun Holdinq”də çalışır. O indiyə qədər müxtəlif trəmə şirkətlərin İdarə Heyəti və Audit Komitəsində vəzifələrdə çalışıb.

“Sabis Sun Beynəlxalq Məktəbi” MMC  şirkət kimi 2015-ci ildə yaradılıb   500 000 manat nizamnamə kapitalına sahibdir. “Sabis Sun International School” brendi ilə məktəbin 2019-cu ildəki araşdırmaya görə, Azərbaycanda ən bahalı məktəblərdən biridir. Araşdırmada bu məktəbə aid hissədə qeyd edilirdi ki, məktəbdə ibtidai təhsil illik 11 500 manat, orta təhsil isə 11 900 manatdır.