Elm və Texnologiya

Dövlət Agentliyi Azərbaycanda yığılan kompüterlərlə təchiz olunacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir Texnoparkında yığılan “Acer” stolüstü kompüterləri ilə təchiz olunacaq. Bunu “H-Tech İnvest” şirkətinin (Mingəçevir YTP-nin rezidenti) icraçı direktoru Səid Quliyev deyib.

Onun sözlərinə görə, qeyd olunan müəssisəyə ilə 6 000 kompüterin alınmasına dair müqavilə imzalanıb və istehsal olunacaq texnika cari ilin sonunadək sifarişə çatdırılacaq. 

“3 000 ədəd kompüterdən ibarət olan ilkin partiya yaxın 2 ay ərzində, qalanı isə ilin sonunadək təhvil veriləcək”, - deyə  S. Quliyev qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda Mingəçevir Texnologiya Parkında yığılan “Acer” kompüterləri ilə “Azərpoçt”, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və bir sıra digər dövlət müəssisələri təchiz olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)