HI-TECH

“ChatGPT”nin aktiv istifadəçilərinin sayı 200 milyonu ötüb

“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkəti çat-botun həftəlik aktiv istifadəçilərinin sayının 200 milyon nəfərdən çox olduğunu bildirib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

“OpenAI” məhsullarından ABŞ-nin 500 ən böyük şirkətinin 92%-i istifadə edir, 2024-cü ilin iyulunda “GPT-4o mini” buraxıldıqdan sonra isə avtomatlaşdırılmış API üçün müştərilərin sayı ikiqat artıb, şirkət detalları açıqlamadan qeyd edib.

Süni intellekt bazarında rəqabət aparmağa çalışan “Meta” şirkəti də öz “Llama” alətinin 2023-cü ildən bəri 350 milyon dəfədən çox yükləndiyini açıqlayıb. Şirkət bildirib ki, onun süni intellekt modelləri “Goldman Sachs” və “AT&T”də, o cümlədən müştəri xidməti, sənədlərin yoxlanılması və kodun yaradılması üçün istifadə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)