“Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
![](https://ena.az/uploads/news/2024-08/_ena_762f1a249eca90e2ca704bb9f_o.jpg)
Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.
ENA.az xəbər verir ki, bu barədə NİİM-dən bildirilib.
Buna səbəb aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işlərinin aparılması göstərilib.