MALİYYƏ

Türkiyədə valyuta alışına yeni məhdudiyyət - 1 GÜN GÖZLƏMƏLİ OLACAQLAR

100 min dollar və daha çox valyuta almaq istəyənlər bir gün gözləyəcəklər

Türkiyədə Bank bazarını tənzimləyən təşkilat (BDDK), bankların valyuta alışı və satışı əməliyyatlarına yeni qayda tətbiq edir.

"ENA" Türkiyə mətbuatına istinadən xəbər verir ki, BDDK-nın yeni qaydasına görə, 100 min dollar və daha yüksək məbləğdə valyuta almaq istəyənlər bir gün gözləyəcək. Xarici valyutanın Türk Lirəsi qarşılığı bir gün əvvəl yatırılacaq, alınan valyuta hesaba sabahısı gün keçəcək.

 

Qərar ilə spekulyativ valyuta tələbinin dayandırılması, bazar sabitliyinin dəstəklənilməsi məqsədləri güdülür. 

Valyutanı türk lirəsinə çevirənlər üçün müddət məhdudiyyəti yoxdur. Satılan valyutanın Türk Lirəsi qarşılığı eyni gün hesabda olacaq. 

Qaydanın bu gündən tətbiqinə başlanacaq.

Ötən günlərdə Türkiyədə valyuta alışına mində bir nisbətində vergi də tətbiq edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)