Neft bahalaşır
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,84 dollar və ya 1,34% artaraq 63,60 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1 dollar və ya 1,38% artaraq 73,21 dollar təşkil edib.