MALİYYƏ

"Azərbaycan və ABŞ-ın iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər mövcuddur"

Azərbaycan və ABŞ-ın iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər mövcuddur.

ENA.az xəbər verir ki, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

“Azərbaycan tərəfi ümid edir ki, 1992-çi ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən birbaşa dövlət yardımlarının edilməsini qadağan edən azadlığa dəstək aktına edilmiş 907-ci düzəlişin tamamilə ləğv ediləcək və bu da ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək. Ümidvarıq ki, ABŞ hökuməti həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək”, - deyə nazir bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)