TURİZM

Dünyanın ən güclü pasportu hansıdır? - SİYAHI

Dünyanın ən güclü pasportuna sahib olan ölkələrin reytinqi açıqlanıb.

"ENA.az"ın əldə etdiyi məlumata görə, yenilənmiş reytinqə görə hal-hazırda Yaponiya, Sinqapur və Cənubi Koreya pasportları dünyanın ən güclü pasportu adını öz aralarında bölüblər.

Belə ki, Yaponiya, Sinqapur və Cənubi Koreya pasport sahibləri dünyanın 189 ölkəsinə vizasız (və ya yerində verilən viza ilə) səyahət edə bilərlər. 

Bu reytinqdə Azərbaycan pasportu 73-cü yerdə qərarlaşıb. Bizim pasportla dünyanın 67 ölkəsinə vizasız səyahət etmək imkanımız var. 
Sıralamanın "Ən zəifləri" isə İraq və Əfqanıstdan pasportları qərarlaşıb. Onların daşıyıcıları cəmi 30 ölkəyə vizasız səyahət etmək imkanına malikdirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department