Azərbaycan nefti ucuzlaşıb (18.09.2026)
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1.07 ABŞ dolları və ya 0.88% azalaraq bir barel üçün 121.08 ABŞ dollarına çatıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

















