Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Yens Stoltenberq: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"

Yens Stoltenberq: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.

ENA.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.

Y.Stoltenberq həmçinin Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə