Milli Məclis gələn il üçün yaşayış minimumu və ehtiyac meyarını I oxunuşda qəbul edib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri I oxunuşda qəbul edilib.
ENA.az xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının 314 manat olması təklif edilir.
Qanun layihəsinə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən olunur.
Qanun layihələri qəbul olunduğu təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Sənədlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.











