Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

Yeni sədr “Azərsığorta”nın 9 filialını ləğv etdi

Yeni sədr “Azərsığorta”nın 9 filialını ləğv etdi

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialı ləğv edilib.

Məlumata görə, bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.

!@#

Bu gün İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.

Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə