Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Xaricdə nə qədər pul xərcləmişik?

Xaricdə nə qədər pul xərcləmişik?

2018-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmәtlәrinin dövriyyәsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 4,6 mlrd. dollar tәşkil edib.

"BI" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyyə balansına istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında turizm xidmәtlәri üzrә profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8% artaraq 370,3 mln. dollar (2017-ci ilin müvafiq dövründә 331,2 mln. dollar) tәşkil edir (2018-ci ilin yanvar-sentyabr ayları әrzindә Azәrbaycana gәlәn xarici vәtәndaşların sayı 6% artıb).

Öz növbәsindә xarici ölkәlәr tәrәfindәn Azәrbaycan rezidentlәrinә turizmlә bağlı göstәrilәn xidmәtlәrin dәyәri 1,3 mlrd. dollar mәblәğindә olub. Bunun 79%-i Azәrbaycan vәtәndaşlarının şәxsi sәfәrlәri ilә bağlı xarici ölkәlәrdә olarkәn sәrf etdiklәri vәsaitlәrin (mәkik idxal üçün vәsaitlәr istisna olmaqla) payına düşür. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə