Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

“WhatsApp”dan daha bir - YENİLİK

“WhatsApp”dan daha bir - YENİLİK

Tezliklə populyar “WhatsApp” messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.

“BI” “ICTnews”a istinadən xəbər verir ki, daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa “WhatsApp” messenceri daxilində açmaq mümkün olacaq.

Beləliklə, göndərilmiş linklərə daxil olmaq üçün “WhatsApp”dan çıxmaq lazım olmayacaq. Bu, istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək.

Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə yönəldən linklər haqqında xəbərdar edəcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə