Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib

Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Unibank KB ASC maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün növbəti təlim keçirib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə baş tutan tədbirdə 7–8-ci siniflərdə təhsil alan 30 şagirdi iştirak edib.

Təlimin məqsədi uşaqlara pulu idarə etmək, maliyyə ilə düzgün davranmaq və gündəlik həyatda doğru maliyyə qərarları vermək üçün ilkin bilik və vərdişlər aşılamaq olub. Şagirdlər pul, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət haqqında məlumat alıblar. Onlar gəliri necə bölmək, ehtiyacı istəkdən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi qazanmaq mövzularında praktik nümunələr üzərində işləyiblər.

Mövzuların asan mənimsənilməsi üçün təlim oyun formatında qurulub. Şagirdlər interaktiv tapşırıqlar vasitəsilə büdcə bölgüsü, qənaət və maliyyə seçimi ilə bağlı situasiyaları həll edərək öyrəndiklərini dərhal tətbiq ediblər. Uşaqlara həmçinin yığımın və əmanətin əhəmiyyəti, gələcək üçün maliyyə planlamasının faydaları izah olunub.

Təlim çərçivəsində şagirdlər “Unibank”ın filialına ekskursiya ediblər. Burada onlar bankın gündəlik işi ilə yaxından tanış olub, müxtəlif bank prosesləri haqqında məlumat alıblar.

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Maliyyə savadlılığının erkən yaşdan formalaşması gələcəkdə daha düzgün maliyyə qərarlarının əsasını qoyur. Unibank bu yanaşmanı əsas götürərək maarifləndirici təşəbbüslərini davam etdirir.

Unibank – Sənin bankın!

Untitled 2Untitled 3Untitled 6

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə