Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

“Bank of Baku”nun səhmdarları iki mühüm məsələni müzakirəyə çıxaracaq

“Bank of Baku”nun səhmdarları iki mühüm məsələni müzakirəyə çıxaracaq
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Noyabrın 24-də, saat 15:00-da "Bank of Baku" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank of Baku"nun Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq olunması, eləcə də İdarə Heyətinin sədrinin səlahiyyət müddətinin uzadılması daxildir.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə