Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycanda banklar üçün yeni dayanıqlılıq hesabatı tələbləri müəyyənləşib

Azərbaycanda banklar üçün yeni dayanıqlılıq hesabatı tələbləri müəyyənləşib
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

2027-ci yanvar 1-dən Azərbaycanda banklar üçün maliyyələşdirilmiş emissiyalar üzrə hesabat tələbi qüvvəyə minir.

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) Dayanıqlı maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə “Maliyyə sektorunda ekoloji, sosial və idarəetmə (ESG) amilləri” adlı tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən banklar gələn ilin birinci rübündə 2026-cı hesabat ili üzrə dayanıqlılıq göstəricilərinə dair məlumatı ictimaiyyətə açıqlamalıdırlar:

“Bu məlumatlar dörd sütun üzrə qruplaşdırılıb: idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri.

Bu dörd sütun dayanıqlılıq məlumatlarının açıqlanması üzrə ilk çərçivələrdən biri olan TCFD-də – İqlimlə Əlaqəli Maliyyə Açıqlamaları üzrə İşçi Qrupunun çərçivəsində – və hazırda 50-yə yaxın yurisdiksiyada qəbul edilən və istifadə olunan IFRS S1 və S2 standartlarında da öz əksini tapıb.

Banklardan tələb etdiyimiz açıqlamalar qeyd etdiyim beynəlxalq çərçivələr, xüsusilə də IFRS standartları ilə müqayisədə tam detallı və əhatəli deyil. Burada məqsəd bankların hazırkı hazırlıq səviyyəsini və potensialını nəzərə almaq, onlara keçid dövrü verməkdir. Gələcəkdə açıqlama və hesabatlılıq tələbləri daha da artırılacaq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə