Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Tədiyyə balansında ötən il 3 milyard dollardan çox qalıq olub

Tədiyyə balansında ötən il 3 milyard dollardan çox qalıq olub

2021-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 081,4milyon ABŞ dolları təşkil edib. Halbuki, 2020-ci ildə tədiyyə balasında 1 987,7 milyon dollarlıq kəsir yaranmışdı.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 8 291,6 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), kapital hesabındakı 4,2 milyon dollarlıq kəsir (43,25% az), maliyyə hesabındakı 5 052,4 milyon dollarlıq kəsir (2,1 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 153,6 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə