Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Rusiya Ermənistandan Ukraynaya qoşun göndərəcək

Rusiya Ermənistandan Ukraynaya qoşun göndərəcək

Rusiya Ermənistandakı 102-ci hərbi bazadan müxtəlif bölmələri Ukraynaya qarşı müharibəyə köçürməyi planlaşdırır.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

!@#

Məlumatda bildirilib ki, rus hərbçiləri döyüş əməliyyatlarında iştirakdan imtina edir, bu da Ukrayna müdafiə qüvvələri ilə toqquşmalardan sonra Rusiya hərbçilərinin mənəvi-psixoloji durumunun aşağı olması ilə bağlıdır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının şəxsi heyətinin ruhdan düşdüyünü, intihar və özünü yaralamaq hallarının tez-tez artdığını qeyd edib. Bundan əlavə, diqqətə çatdırılıb ki, Rusiya Ermənistandakı bölmələrini Ukraynadakı müharibəyə cəlb etməyə hazırlaşır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə