Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Putinin reytinqi açıqlanıb

Putinin reytinqi açıqlanıb

Rusiya vətəndaşlarının yarısından çoxu ölkə Prezidenti Vladimir Putinə etibar edir.

ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İctimai Rəy Fondunun keçirdiyi rəy sorğusuna əsasən bu nəticə əldə edilib.

Rəyi soruşulanların 54 faizi Vladimir Putinə etimad etdiyini, 34 faizi etibar etmədiyini, respondentlərin 12 faizi isə suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

Sorğunu “FOMnibus” yanvarın 29-dan 31-dək, 18 və ondan yuxarı yaşda olan 3 min respondent arasında, 207 yaşayış məntəqəsində, Rusiyanın 73 bölgəsində yaşayış yeri üzrə müsahibə üsulu ilə keçirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə