Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

MSK Hüseynbala Mirələmovun dairəsinin nəticələrini ləğv etdi

MSK Hüseynbala Mirələmovun dairəsinin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə daxil olan şikayətlərə baxılıb. 

ENA.az xəbər verir ki, iclasda bildirilib ki, araşdırma nəticəsində həmin dairədə ciddi qanun pozuntularının olduğu aşkarlanıb. 

Qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsinin nəticələri ləğv edilsin. 

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hüseynbala Mirələmov idi. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə