Əsas məzmuna keç
Bakı +18°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq.

ENA.az xəbər verir ki, bununla bağlı Vyetnamın Baş nazir Le Minh Hunq Prezident İlham Əliyevlə görüşündə bildirib.

Dövlət başçısı Vyetnamın bu addımını yüksək qiymətləndirib.

Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə