Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

İnvestorlar FED-in qərarını gözləyərkən qızılın qiyməti geriləyib

İnvestorlar FED-in qərarını gözləyərkən qızılın qiyməti geriləyib
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Qızıl ABŞ-ın inflyasiya məlumatları ərəfəsində ucuzlaşıb.

ENA.az Reuters-ə istinadən xəbər verir ki, dünya bazarlarında qızılın qiyməti noyabrın 25-də ABŞ-da açıqlanacaq inflyasiya məlumatları ərəfəsində cüzi azalıb. İnvestorlar göstəricilərin Federal Ehtiyat Sisteminin (FED) gələcək faiz siyasətinə necə təsir edəcəyini qiymətləndirirlər.

Spot qızılın bir unsiyası 0,3% ucuzlaşaraq 3 544,54 dollara düşüb. ABŞ-də dekabr ayı üzrə qızıl fyuçersləri isə 0,5% azalaraq 3 542,60 dollar təşkil edib. Əvvəlki sessiyada qızılın qiyməti 2%-dən çox geriləmişdi.

Qiymətlərə təzyiq göstərən əsas amillərdən biri FED-in faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərdir. CME FedWatch məlumatlarına görə, bazar iştirakçıları dekabr iclasında faiz dərəcəsinin 25 baza bəndi artırılması ehtimalını 96,4% qiymətləndirirlər.

İnvestorların diqqəti FED-in inflyasiyanın əsas göstəricilərindən biri kimi izlədiyi fərdi istehlak xərcləri (PCE) indeksinə yönəlib. Məlumatın Bakı vaxtı ilə saat 17:30-da açıqlanması gözlənilir.

Faiz dərəcələrinin yüksəlməsi gəlir gətirməyən aktiv hesab olunan qızılın saxlanılmasının alternativ xərcini artırır və metalın investisiya cəlbediciliyini azaldır.

Digər tərəfdən, noyabr ayında ABŞ-də istehlakçı inamının gözləniləndən çox artaraq son iki ilin ən yüksək səviyyəsinə çatması da bazar iştirakçılarının diqqətindədir.

“OCBC” bankının analitikləri qızılın qiymətinə təzyiqin gələcəkdə zəifləyə biləcəyini, lakin 2027-ci ilin əvvəlinədək bərpanın məhdud qala biləcəyini bildirirlər.

Digər qiymətli metallardan gümüşün bir unsiyası 40,79 dollar, platin 1 267,65 dollar, palladium isə 851,25 dollar səviyyəsində ticarət olunub.

Qeyd: Reuters-in ilkin məlumatında spot qızılın qiyməti 3 544,54 dollar göstərilib. Sonrakı bazar yeniləməsində isə qiymət 3 558,85 dollar ətrafında sabitləşib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə