Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Ərəb aviaşirkəti 3 istiqamətdən Bakıya aviareyslərə başlayacaq

Ərəb aviaşirkəti 3 istiqamətdən Bakıya aviareyslərə başlayacaq

Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkəti 3 istiqamətdən Bakıya uçuşlar həyata keçirəcək.

Bu barədə aviaşirkət öz “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilir ki, “Flynas” bu il iyunun 1-dən Səudiyyə Ərəbistanının Ər-Riyad, Dammam və Qəsim şəhərlərindən Bakıya aviareyslərə başlayacaq. Şirkət Ər-Riyaddan və Dammamdan Bakıya həftədə 4 dəfə, Qəsimdən isə həftədə 2 dəfə uçuşlar etməyi planlaşdırır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə