Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Dünyanın ən böyük hava limanı istifadəyə verildi - VİDEO

Dünyanın ən böyük hava limanı istifadəyə verildi - VİDEO

Çinin Pekin şəhərində dünyanın ən böyük beynəlxalq hava limanı – “Dasin” istifadəyə verilib.

“ENA”nın “Sina” informasiya agentliyinə istinadən məlumatına görə, “Dasin” ilk reyslərini sentyabrın 25-də (bu gün) qəbul edəcək.  

Qeyd edilir ki, “Dasin” Çinin vətəndaş aviasiyası tarixində ən bahalı layihədir. Hava limanının tikintisinə 80 milyard yuan xərclənib.  

Hava limanı şəhər mərkəzindən 46 kilometr aralıqda yerləşir. Onun ümumi sahəsi 1 milyon kv.m təşkil edir.  

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə