Əsas məzmuna keç
Bakı +15°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Bu şəxsləri də vəzifəyə Prezident təyin edəcək

Bu şəxsləri də vəzifəyə Prezident təyin edəcək

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun tətbiqi barədə Fərmanında qeyd edilib.

Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir.

Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə