Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bu şəxslər hər ay kommunal ödənişinin bir hissəsini geri alacaq

Bu şəxslər hər ay kommunal ödənişinin bir hissəsini geri alacaq

İşğaldan azad edilən ərazilərdə sahibkarlar üçün daha bir güzəşt tətbiq olunacaq.

Artıq istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər.

İşıq, su, qaz və kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq.

Millət vəkili Vüqar Bayramov İTV-yə bildirib ki, sahibkar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərin istifadəsi zamanı 1000 manat ödəniş həyata keçirilibsə, onun 200 manatı sahibkarın hesabına qayıdacaq.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə