Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artıb

Bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artıb

Azərbaycanın bank sektoru 2019-cu ildə 536,9 milyon manat xalis mənfəət əldə edib.

“ENA” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 92,2% çoxdur. 

Ötən il bankların əməliyyat gəlirləri 2 645,9 milyon manat (əvvəlki ilə nisbətən 14,9% çox), əməliyyat xərcləri 1 752,9 milyon manat (9,05% çox), xüsusi ehtiyatlara ayırmaları 221,3 milyon manat (35,9% az), digər gəlirləri 21,3 milyon manat (8,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 156,1 milyon manat (2,2 dəfə çox) təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə