Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı yola düşdü - FOTO

Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı yola düşdü - FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

"BI" xəbər verir ki, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə