Əsas məzmuna keç
Bakı +16°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycana 70 milyard dollar investisiya yatırıb

Azərbaycana 70 milyard dollar investisiya yatırıb

“Xəzər dənizi hövzəsində enerji resursları ən az olan ölkə Azərbaycandır. Amma bu resursların ən səmərəli idarə olunduğu ölkə də Azərbaycandır”.

Bunu “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi şirkət son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dollardan artıq investisiya yatırıb.

“Bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,5 mlrd. barel neft hasil olub, 44 mlrd. kubmetrdən artıq səmt qazı hasil edilərək dövlətə təmənnasız təhvil verılıb. “Şahdəniz” yatağından isə ümumi qaz hasilatının həcmi 100 mlrd. kubmetrdir", - deyə B.Aslanbəyli qeyd edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə