Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Abşeron qəsəbələrindən Bakıya yeni - MARŞRUT XƏTLƏRİ AÇILACAQ

Abşeron qəsəbələrindən Bakıya yeni - MARŞRUT XƏTLƏRİ AÇILACAQ

Abşeron rayonunun Novxanı və Saray qəsəbələrindən Bakı və Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət edən avtobuslardan kifayət qədər şikayətlər daxil olub.

ENA.az xəbər verir ki, bunu  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə monitorinq aparılıb və növbəti ildən etibarən bu istiqamət üzrə yeni marşrut xətlərinin açılacağı gözlənilir. 

Hər bir marşrut xətt üzrə 10-dan çox avtobus istismara veriləcək”, - deyə N. Allahyarova qeyd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə