ENA+

Dünyanın ən xoşbəxt ölkələri - AÇIQLANDI

BMT-nin reytinqinə görə, Finlandiya artıq ardıcıl ikinci il dünyanın ən xoşbəxt ölkəsi oldu.

"ENA" xəbər verir ki, "World Happiness" adlı hesabatda bildirilir ki, tədqiqat çərçivəsində dünyanın 156 ölkəsi 6 əsas parametr üzrə təhlil olunub. Sözügedən parametrlər adambaşına düşən ÜDM-i, gözlənilən ömür uzunluğu, sosial dəstək, azadlıq, korrupsiya və səxavətlilik səviyyəsini əhatə edir.

Teytinqin ilk pilləsində 7,769 indeksi ilə Finlandiya qərarlaşıb. Siyahıda ikinci yeri Danimarka (7,600), üçüncü yeri isə Norveç (7,554) tutub. Reytinqin ilk beşliyini İslandiya (7,494) və Niderland (7,488) tamamlayır.

Siyahının ilk onluğuna İsveçrə (7,480), İsveç (7,343), Yeni Zelandiya (7,307), Kanada (7,278) və Avstriya (7,246) daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department