Azərbaycana çoxdəfəlik giriş vizaları üçün dövlət rüsumu müəyyənləşdirildi - MƏBLƏĞ
"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilir.
ENA.az xəbər verir ki, "Dövlət rüsumu haqqında" Qanunun 16.1.7-ci maddəsinə görə, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.
Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti 2 ilədək ("ASAN Viza" sistemi vasitəsilə elektron qaydada verilən coxdəfəlik vizada isə 90 günədək) müəyyən edilib.
Qeyd etmək lazımdır ki, xarici ölkələrin müvafiq orqanlari tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə coxdəfəlik giriş vizalarinin rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla müəyyən edilmiş məbləğdən (359 ABŞ dolları) fərqli (az və ya çox) ola bilər.
Təklif olunan dəyişikliyə görə, belə fərq olduqda coxdəfəlik giriş vizalarinin rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.
Qanun layihəsi Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda, Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasina (eyniləşdirilməsinə) xidmət edəcək.
Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.