"AtaBank" Nazirliyi məhkəməyə verdi
“AtaBank” Açıq Səhmdar Cəmiyyətinin Müdafiə Sənayesi Nazirliyinin “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsinə baxılıb.
ENA.az xəbər verir ki, ərizədə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə cəmi 1 milyon 402 min 884 manat kredit borcunun tutularaq banka ödənilməsini xahiş edib.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, “AtaBank” MMC-nin iddiası təmin edilib.
Qeyd edək ki, “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC Müdafiə Sənayesi Nazirliyinin hüquqi varisi hesab edilir.