Xəzərdə gəmidə partlayış olub - Yaralılar var
Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.
“ENA” xəbər verir ki, partlayış nəticəsində 10-dan çox yaralı var. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.
***
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə açıqlama verib. O, İsrafil Hüseynov boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda “Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar. Bütün məlumatları, o cümlədən işçilərin xəsarət alıb-almaması ilə bağlı informasiyanı həmin şirkətdən ala bilərsiniz".
***
Qeyd edək ki, vəziyyəti ağır olanlardan ikisi azərbaycanlı, biri malayziyalıdır.