SOCAR prezidenti Özbəkistana səfər edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ayın ortalarında Özbəkistana səfər edəcək.
Özbəkistan mətbuatının verdiyi məlumata görə, səfərin məqsədi paytaxt Daşkənddə keçiriləcək XXIII Beynəlxalq “Neft-Qaz Özbəkistan – OGU 2019”, həmçinin 14-cü “Power Uzbekistan 2019” – beynəlxalq energetika, enerji qənaəti, atom energetikası, alternativ enerji mənbələri" sərgisində iştirak etməkdir.
Sərgilər 15-17 may tarixində baş tutacaq.
Həmçinin Özbəkistanda baş tutacaq beynəlxalq sərgilərdə SOCAR prezidenti ilə birgə, “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov və Rusiyanın “RosAtom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçyov da iştirak edəcəklər.