Sənaye

İran: "OPEC dağıla bilər"

İran Neft Naziri Bijan Zangənə, paytaxt Tehranda OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) Baş Katibi Məhəmməd Barkindo ilə görüşüb.

Qlobal neft bazarı və problemlərinə dair OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə müzakirə apardıqlarını bildirən  Zəngənə, "Bəzi OPEC üzvlərinin birtərəfli qərarları səbəbindən OPEC dağıla bilər" - deyib.

İranın öz maraqlarını düşünərək OPEC-ə üzv olduğunu deyən İranın neft naziri, "Əgər OPEC üzvləri İranı təhdid edərsə, bunu cavabsız qoymayacağıq" ifadəsini istifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)