Daxili İşlər Nazirliyində - YENİ TƏYİNAT

Yevlax rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.
"BI" xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Daşqın Məhər oğlu Quliyev Yevlax rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Eləcə də bax: "Dələduzların işinə Baş Prokurorluq hüquqi qiymət verəcək"
D.Quliyev buna kimi Balakənin rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi olub.