BİZNES

İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub

“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

ENA.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Babək Orucov Nəcəfqulu oğlu bu vəzifəyə təyin edilib.

Hazırda “PSG-Kapital İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri Şahin Rəcəbov Fəxrəddin oğlu, digər üzvü isə Vüqar Mirzəyev Bəhlul oğludur.

Şirkətin direktoru isə Fərid Məmmədov Ruslan oğludur.

Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% payçısı Faiq Məmmədov adlı fiziki şəxsdir. Səhmdar həm də “PSG Finans bank olmayan kredit təşkilatı”nın 12.5%-lik həmtəsisçisidir. İnvestisiya şirkəti isə Bakı Fond Birjasının 4.76%-lik səhmdarıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)