“Azəriqaz”ın baş direktorunun müavininin cinayət işi başlandı

Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev bir müddət əvvəl ölümlə nəticələnən qəza törədib.
Ölüm faktı ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Ekspertiza təyin olunub.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, hadisə yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında baş verib. Belə ki, Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı 77-YD-054 nömrə nişanlı avtomobillə 40-45 yaşlarında piyadanı vuraraq öldürüb. (Unikal)