Aqrar

"Sistemin qurulması sağlam qidanın təmin edilməsində mühüm rol oynayacaq"

Azərbaycanda Elektron Kənd Təsərrüfatı Sistemin qurulması qida təhlükəsizliyi sahəsində sağlam qidanın təmin edilməsində mühüm rol oynayacaq.

"BI" xəbər verir ki, bunu "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş dəyirmi masada çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu sistemin nəzdində yaradılan fermer reyestri çərçivəsində fermerlər üzrə elektron baza hazırlanacaq ki, subsidiya tədbirləri, o cümlədən gübrə və pestisidlərin güzəştli satışı bu sistem vasitəsilə həyata keçiriləcək.

"Bununla da fermerlərin təsərrüfat göstəriciləri, yeni əkin sahələri, məhsuldarlıq proqnozları mütəmadi olaraq bu sistemə daxil olunacaq", - deyə nazir bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)