Hadisə

Tikinti şirkətinin rəhbərlərinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"BI"nin xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 8-nə təyin edilib.

Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin təsisçiləri Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)