Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Parklanma qaydalarını pozanlar cərimələməyə başladı - RƏSMİ | ENA.az
Avtomobil

Parklanma qaydalarını pozanlar cərimələməyə başladı - RƏSMİ

Parklanma qaydalarının pozulmasına görə, artıq cərimələrin yazılmasına başlanılıb.

"", Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, bu məqsədlə, metronun Nəriman Nərimanov və Gənclik stansiyalarının ətrafında reyd keçirilib:

“Reyd zamanı dayanma və ya durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində saxlayan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin müvafiq olaraq 1 və 2-ci bəndinə əsasən cərimə sanksiyaları tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin 3-cü bəndinə əsasən cərimə edilib. Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir".

M.Ağayevin sözlərinə görə, proses bundan sonra davamlı olaraq aparılacaq və hələlik cərimə məbləği dəyişməz qalır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə, dayanma və ya durma qaydalarının pozulmasına görə:
 

346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilir.

346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilir.
 

346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə 100  manat məbləğində cərimə edilir.
 

Xatırladaq ki, ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)