Sosial iqtisadiyyat

“Heç kəsdən qorxumuz və gizli işimiz yoxdur”

"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avropa ölkələrinə "güzgülü statistika" ilə işləməyi təklif edib, 7-8 ölkə bununla razılaşıb".

‌"Businessinsider.az" xəbər verir ki, bu sözləri DGK-nin sədr müavini İqbal Babayev bu gün komitədə keçirilən mətbuat konfransında deyib. İ. Babayevin sözlərinə görə, Səfər Mehdiyev bu təkliflə Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransında çıxış edib.

Sədr müavini qeyd edib ki, bu statistikaya hər ölkə getmir: "Bunu ona görə etmirlər ki, hər bir ölkə öz ixrac potensialını artırmaq marağındadır. İstəyir  ki, ondan çox mal satılsın. Kimsə statistikanın izinə düşsə, qiymət və s. səbəblər azala bilər. Həmçinin müəyyən korrupsiya elementləri ola bilər. Bu kimi məsələlər gömrük komitəsinin şəffaf fəaliyyətindən asılıdır.

Cənab sədr tədbirdə çıxış edərək Avropa ölkələrini bu statistikaya dəvət etdi. Açığını deyirəm ki, həmin ölkələrin hamısı şoka düşdü.  Səfər Mehdiyev bildirdi ki, ixracla kiminsə idxalı arasında fərq tapsalar, Azərbaycan məmuru kimi başı ilə buna cavabdehdir. Bu isə həmin ölkələrdə inam yaratdı, çünki bu fakt korrupsiyanın yox həddində olması deməkdir. Yəni mən heç bir ölkədən qorxmuram. Sənin göndərdiyin 100 malın hamısını rəsmiləşdirmişəm. Biz o tədbirdə 7-8 ölkə ilə "güzgülü statistika"ya gedəcəyimizə dair razılığa gəldik. Bizim artıq nümayəndə heyətimiz hazırdır və ölkələri gəzirlər. Onlarla oturub 2018- ci ilin statistikasını ortaya qoyacağıq. Heç kəsdən qorxumuz və gizli bir işimiz yoxdur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)