BİZNES

Məşhur modalar evinin sahibi öldü

İtaliyanın “Benetton” modalar evinin sahibi Gilberto Benneton 78 yaşında dünyasını dəyişib.

” “United Colors of Benetton”, “Sisley” və “Playlife” markalarının daxil olduğu “Benetton Group” şirkətinin həmtəsisçisi bir neçə gün əvvəl pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib və daha sonra səhhəti kəskin pisləşib. 

2018-ci ildə Gilberto Benetton Forbesin dünyanın ən zəngin insanları siyahısında 2,7 milyard dollarlıq sərvəti ilə 652-ci yerdə qərarlaşmışdı.

Qeyd edək ki, şirkətin digər qurucusu Karlo Benetton ötən ilin iyulunda xərçəngdən vəfat edib.

“Benneton” şirkəti Gilberto, Luçano, Karlo Benetton və bacıları Culiana tərəfindən 1963-cü ildə yaradılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department