Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə - QAYDALAR DƏYİŞDİ - VİDEO
Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarında dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin hansısa bir malı, atomobili ölkəyə gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələncək.
Komersiya fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə mal gətirməzdən əvvəlqısa idxal bəyannaməsi təqdim etməli olacaqlar.
Eləcə də bax: Fərdi parklanma talonlarının verilməsi - QAYDASI TƏSDİQLƏNDİ
Nazirlər kabinetinin qərarına əsasən gömrük sərhədindən keçirilən mallarin və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarinda dəyişiklik edilib.
Öncədən qısa bəyyannamə təqdim etməyənlər isə cərimələnəcəklər.
Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin hansısa bir malı gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öndcədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələncək.
Elektron formada qısa gömrük bəyannaməsi Egov .az saytı vasitəsi ilə həyata keçirilir. Prosesin elektron həyata keçirilməsi ilə gömrük prosedurlarına sərf edilən vaxt minimum endirilir.