"Gədəbəydə kartof istehsalı azalır, nazirliklər və komitələr öz sözünü deməlidir"
Gədəbəydə kartof istehsalı azalır.
"BI"nın məlumatına görə, bunu “Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımov bu gün dərc olunmuş məqaləsində qeyd edib.
“76 min hektara yaxın kənd təsərrüfat əhəmiyyətli torpağı olan Gədəbəyin ümumi əkinə yararlı cəmi 15 min hektar torpağı var. Onun da 9592 hektarı biçənək sahələridir. Deməli torpaqlardan maksimum səmərəli istifadə etmək üçün təkcə radikal tədbirlər görmək yetərincə deyil. Bu işdə müvafiq nazirliklər və komitələr də öz sözünü deməlidir.Bir vaxtlar 200 min tondan da artıq kartof verən bir rayonda son illər azalma müşahidə olunur. Keçən il 126 min tondan bir qədər çox kartof tədarük olunmuşdur”,- məqalədə bildirilir.